HƏYƏCAN TƏBİLİ: Bakıda sağlamlığa zərərli maddə satılır - VİDEO

HƏYƏCAN TƏBİLİ: Bakıda sağlamlığa zərərli maddə satılır - VİDEO

Hazırda oxunan: HƏYƏCAN TƏBİLİ: Bakıda sağlamlığa zərərli maddə satılır - VİDEO
223217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlərdə sosial şəbəkələrdə steroidlərin qanunsuz satışı ilə bağlı elanlar geniş yayılıb.

Bu elanların əsas hədəfi isə xüsusilə idmanla məşğul olan gənclərdir.

Bizim.Media xəbər verir ki, Baku TV mövzu ilə bağlı elan səhifələrindən birinə yazaraq satıcı ilə əlaqə saxlamağa çalışıb.

Satıcı ilə söhbətdən məlum olub ki, satış tamamilə gizli şəkildə həyata keçirilir.

O, yalnız kuryer vasitəsilə çatdırılma etdiyini və artıq heç bir məlumat verməyəcəyini bildirib.

Bütün bunlar steroidlərin qanunsuz dövriyyəsinin nə qədər gizli şəkildə təşkil olunduğunun göstəricisidir.

Məsələ ilə bağlı Baku TV-yə danışan həkim Abbas Bağırov bildirib ki, bu steroidlərdən təbabətdə vacib hallarda istifadə olunur:

"Gənclər, yeniyetmələr idmanla məşğul olduğu zaman əzələ çəkisinin kütləsini artırmaq üçün steroidlərdən istifadə edirlər. Endokrin, digər bütün orqanlar sisteminin fəaliyyətinə bu, mənfi təsir göstərə bilir. Eyni zamanda, steroidlərdən istifadə istər gənc qız, istərsə də oğlanlarda cinsi inkişaf problemlərinə gətirib çıxarır".

Steroidlərin satışı və istifadəsi ilə məşğul olanları hansı cəzanın gözlədiyinə gəlincə isə hüquqşünas Vüsal Cəfərov qeyd edib ki, anabolik steroidlərin tibbi müəssisələrdə istifadəsi qanunidir:

"Lakin bu, yalnız müəyyən tibbi göstəriş əsasında mümkündür. Peşəkar idman vasitəsilə dopinq steroidlərin istifadəsi qanuni məsuliyyət yaradır. Tərkibində anabolik olan dərmanlar resept əsasında satılmalıdır. Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, bu maddələrin satışı cinayət məsuliyyəti sayılır və 3 ilədək həbs cəzası nəzərdə tutulur".

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO