MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ

Hazırda oxunan: MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə ELAN ETDİ
222271
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Medianın İnkişafı Agentliyi (MEDİA) onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib. 

Bizim.Media xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb. 

Qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş ictimai-siyasi və idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləri müsabiqədə iştirak edə bilərlər, müraciət dekabrın 2-si, saat 18:00-dək olacaq. 

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə MEDİA-ya təqdim etməlidirlər. 
 

Müsabiqənin yekununda qalib elan edilmiş onlayn media subyektləri ilə Agentlik arasında həmin subyektlərin hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımının göstərilməsinə dair müqavilə imzalanır və 6 (altı) ay müddətində qüvvədə olur. 


Qeyd edilib ki, müsabiqəyə 2 dekabr 2024-cü il saat 18:00-dək müraciət etmək mümkündür. Müsabiqənin qaydaları ilə buradan ətraflı tanış ola bilərsiniz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO