Hava kəskin dəyişir: Leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ

Hazırda oxunan: Hava kəskin dəyişir: Leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ
222269
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən Bakıda və Abşeron yarımadasında, eləcə də rayonlarda noyabrın 27-dək yağıntılı hava şəraitinin olacağı gözlənilir. 

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 25-i axşamdan başlayaraq arabir leysan xarakterli yağış yağacağı, noyabrın 26-sı gündüz yağıntıda fasilə olacağı, axşamdan yağışın yenidən başlayacağı, leysan xarakterli intensiv olacağı gözlənilir.

Yağışın noyabrın 27-si gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. 
 

Azərbaycanın rayonlarında isə hazırda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 27-si gündüzədək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 


Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO