Salyanda yeniyetmənin ölüm səbəbi AÇIQLANDI

Salyanda yeniyetmənin ölüm səbəbi AÇIQLANDI

Hazırda oxunan: Salyanda yeniyetmənin ölüm səbəbi AÇIQLANDI
219439
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən Salyanda 13 yaşlı məktəblinin ölümü ilə nəticələnmiş hadisənin təfərrüatı məlum olub.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 2001-ci il təvəllüdlü Ə.Səlimovun yelləncəyin ipini açarkən boğularaq ölməsi müəyyənləşib.
 

Belə ki, ilkin araşdırmalar zamanı yeniyetmənin dünən saat 13 radələrində təhsil aldığı məktəbdən evə gəlməsi və bir qədər sonra evin arxa hissəsində yerləşən yelləncəyin ağacdan asılmış kəndirini açmaq üçün ora getdiyi məlum olub.


Bu zaman Ə.Səlimovun ayağının altındakı stul tərpənib və kəndirin düyünlənmiş hissəsi onun boğazına keçib. Ə.Səlimov köməksiz vəziyyətdə qalaraq boğularaq ölüb.

Ə.Səlimovun meyiti dünən saat 15 radələrində qonşuları tərəfindən aşkar edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO