Jurnalistlər binasındakı mənzillər özəlləşdirilir? - RƏSMİ

Hazırda oxunan: Jurnalistlər binasındakı mənzillər özəlləşdirilir? - RƏSMİ

21938

"Son dövrlər “Jurnalist Evi” MMC-nin balansında olan mənzillərin özəlləşdirilməsi ilə bağlı mediada müxtəlif mülahizələr irəli sürülməkdədir. Bu məsələ ilə bağlı bildirmək istərdik ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə daxil olmuş müraciətlərlə əlaqədar aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılıb". 

Bizim.Media xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyindən məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Jurnalistlərə bu il mənzillər veriləcəkmi? - Rəsmi AÇIQLAMA


Bildirlib ki, müzakirələrin nəticələrinə əsasən müəyyən edilib ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin mənzillərə dair dövlət reyestrindən çıxarış almaq üçün müvafiq dövlət rüsumu ödənilməli və tələb olunan sənədlərlə birlikdə aidiyyəti orqana müraciət edilməlidir.

Bu prosedurla bağlı qanunvericilikdə hər hansı istisna nəzərdə tutulmayıb. 

Həmçinin, qeyd edilib ki, “Jurnalist Evi” MMC-nin sakinlərinin böyük əksəriyyəti qanunvericiliklə təsbit olunmuş proseduru yerinə yetirməklə heç bir problem yaşamadan mənzillərinə çıxarış alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO