Jurnalistlərə bu il mənzillər veriləcəkmi? - Rəsmi AÇIQLAMA

Jurnalistlərə bu il mənzillər veriləcəkmi? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Jurnalistlərə bu il mənzillər veriləcəkmi? - Rəsmi AÇIQLAMA
20259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Jurnalistlərə bu il Milli Mətbuat günündə 3-cü binanın təhvil verilib-verilməyəcəyi məlum deyil. 

Bizim.Media-ya bu barədə açıqlama verən Medianın İnkişafı Agentliyinin rəsmisi İlkin Nadirov məsələ ilə bağlı hər hansı yeniliyin olmadığını bildirib.

O, deyib ki, üçüncü binanın paylanması ilə bağlı hər hansı yenilik yoxdur. Hər hansı yeni məlumat olarsa, ictimaiyyətə bu barədə informasiya veriləcək. 

Qeyd edək ki, jurnalistlər üçün tikilən 3-cü binanın özülü 2017-ci ildə qoyulub. Bina 17 mərtəbə və 255 mənzildən ibarətdir. Jurnalistlər üçün tikilən 3-cü bina ilə bağlı məsələ hələ də tam aydınlaşmayıb. Bina hazır olsa da, mənzillərin jurnalistlərə nə zaman və hansı şərtlərlə veriləcəyi açıqlanmır. Bundan əvvəl tikilən iki binadakı mənzillər 22 iyul Milli Mətbuat günü ərəfəsində jurnalistlərə təqdim olunub. 

Xatırladaq ki, ötən ilin iyun ayında KİV DF-nin əvvəlki rəhbərliyinin vaxtında görülən işlərlə bağlı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi açılıb.

İddia olnur ki, 3-cü binadakı mənzillərin jurnalistlərə verilməsi pandemiyann yaratdığı epidemioloji vəziyyətdən başqa, həm də əvvəlki binalarla bağlı yaranan problemlərə görə ləngiyir.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO