Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Hazırda oxunan: Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO
219201
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakini 60 yaşlı Rəhman Osmanovun idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə Ağstafa rayon sakini 25 yaşlı Ariz Abbasovun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub. 
 

Nəticədə dörd nəfər xəsarət alıb. Onlardan üçü Osmanovlar ailəsinin üzvüdür. Belə ki, Rəhman Osmanovla yanaşı onun 32 yaşlı qızı Aygül Osmanova, həmçinin 9 yaşlı nəvəsi Ayşəgül Osmanlı, eləcə də digər avtomobilin sərnişini - Balakən rayon sakini 40 yaşlı İlhamə Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 


Hadisə yerinə çağırılan Təcili Tibbi yardım briqadasının köməyi ilə yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Onlara xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib, müalicələri davam etdirilir. Hadisədən sonra Ağstafa rayon sakini Ariz Abbasov bildirib ki, Rəhman Osmanovun idarə etdiyi nəqliyyat vasitəsi qəflətən, yol-hərəkət qaydalarını gözləmədən onu qarşısına çıxıb. Nəticədə qəza baş verib. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır. 

Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 1
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 2
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 3
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 4
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 5
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 6
Zaqatalada ağır QƏZA: Xəsarət alanlar var – FOTO - foto 7

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO