Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - RƏSMİ CAVAB

Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - RƏSMİ CAVAB

Hazırda oxunan: Azərbaycanda bələdiyyə seçkiləri nə vaxt elan ediləcək? - RƏSMİ CAVAB
219177
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda növbəti bələdiyyə seçkilərinin keçiriləcəyi tarix noyabrın sonunadək elan olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə “report.az”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib. 
 

MSK sədrinin müavini qeyd edib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən bələdiyyə seçkiləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilir. 


"Bununla əlaqədar müvafiq qərar səsvermə gününə azı 60 gün qalmış rəsmi dərc olunur. Kollegial orqan kimi Mərkəzi Seçki Komissiyasında aparılan müzakirələrdən sonra bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada bu il noyabrın sonunadək elan olunması qənaətinə gəlinib" - deyə, R.Qasımov bildirib. 

Qeyd edək ki, digər seçkilərdən fərqli olaraq bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası elan edir.

Bu seçkilər hər 5 ildən bir dekabrın 23-də keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019-cu ildə keçirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO