Astarada piyadanı avtomobillə vuran sürücünün kimliyi BİLİNDİ

Astarada piyadanı avtomobillə vuran sürücünün kimliyi BİLİNDİ

Hazırda oxunan: Astarada piyadanı avtomobillə vuran sürücünün kimliyi BİLİNDİ
218539
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Astarada piyadanın ölümü ilə nəticələnən qəzanın təfərrüatları məlum olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-nın Cənub bürosuna verilən məlumata görə, oktyabrın 30-da saat 19 radələrində 1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi DAF markalı yük avtomobili ilə Astara rayonunun Pensər kəndi ərazisində piyada 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub. 
 

MÖVZU İLƏ BAĞLI:

Astarada piyadanı maşın vuraraq öldürüb


Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Araşdırma aparılır.

Qeyd edək ki, maşınla vurulan Nazim Baxşıyev toydan çıxıb evə gedirmiş. Mərhumun həyat yoldaşı 3 il əvvəl  vəfat etdiyindən o, 6 övladını təkbaşına böyüdürmüş.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO