Aİ-nin Azərbaycandakı rəsmisi ölkədən qaçdı - İnterpol onu axtarır

Aİ-nin Azərbaycandakı rəsmisi ölkədən qaçdı - İnterpol onu axtarır

Hazırda oxunan: Aİ-nin Azərbaycandakı rəsmisi ölkədən qaçdı - İnterpol onu axtarır
218179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avropa İttifaqının ölkəmizdəki Nümayəndəliyinə məxsus 980 min manatı mənimsəməkdə təqsirli bilinərək qiyabi məhkum edilmiş Zərifə Abbasova ölkədən qaçıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan Zərifənin Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub.
 

Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.


Z.Abbasova artıq Dövlətlərarası və Beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO