Boşandığı arvadının evinin zirzəmisinə girib siqaret çəkdi - CƏZALANDIRILDI

Boşandığı arvadının evinin zirzəmisinə girib siqaret çəkdi - CƏZALANDIRILDI

Hazırda oxunan: Boşandığı arvadının evinin zirzəmisinə girib siqaret çəkdi - CƏZALANDIRILDI
216838
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağstafada boşandığı arvadının evinin zirzəmisində gizli şəkildə siqaret çəkən şəxsə cəza verilib.

Bizim.Media qaynarinfo-ya istinadən xəbər verir ki, 1986-cı ildə Qazaxıstan Respublikasının Çimkənd şəhərində anadan olmuş M.N. adlı şəxs boşandığı həyat yoldaşı ilə barışmaq üçün onun yaşadığı Ağstafa rayonunun Həsənsu kəndindəki evinə gedib. Məqsədi ailəsini bərpa etmək və uşağını görmək olub.

Səhər saat 05:00-də o, boşandığı həyat yoldaşı E.M.-nin yaşadığı evə gedib, qapını döyməyə başlayıb. Lakin E.M. həyətə quraşdırdığı kameradan onu gördüyü üçün qapını açmayıb. Sonra M.N. boşandığı həyat yoldaşının razılığı olmadan evin həyətinə, oradan isə kiçik nəfəslikdən evin altındakı zirzəmiyə daxil olub. Günorta saat 11-12 radələrinədək zirzəmidə qalıb, orada siqaret çəkib. E.M. onun zirzəmidə olduğundan xəbər tutaraq, polisə şikayət edib.

Məhkəmənin qərarı ilə M.N. Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə təqsirli bilinib və 350 saat ictimai işlər cəzasına məhkum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO