Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın ləngiməsinin qarşısı alındı - VİDEO

Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın ləngiməsinin qarşısı alındı - VİDEO

Hazırda oxunan: Paytaxtın iki mərkəzi küçəsində nəqliyyatın ləngiməsinin qarşısı alındı - VİDEO
216087
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının iki mərkəzi küçəsində yaranan qəza şəraiti və nəqliyyat ləngiməsi aradan qaldırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları tərəfindən paytaxtın Yasamal rayonu, Mətbuat prospekti ilə Nazim Hikmət və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin kəsişməsində olan işıqforların iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib.

Eyni zamanda, Nazim Hikmət küçəsindən Mətbuat prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun yaşıl işığının müddəti 13 saniyə artırılıb.

Əvvəllər isə Nazim Hikmət küçəsindən kəsişməyə daxil olan sürücülər burada bir qədər gözləməli olurdular. Edilən dəyişiklikdən sonra bu yolda hərəkət iştirakçılarının təhlükəsizliyi təmin olunub və kəsişmədə yaranan nəqliyyat ləngiməsinin qarşısı alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO