Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Şahdağa qar yağıb – FAKTİKİ HAVA

Hazırda oxunan: Şahdağa qar yağıb – FAKTİKİ HAVA
215243
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 9-u saat 09:00-a olan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 9-u saat 09:00-a olan məlumatına əsasən, 8-i günün ikinci yarısından ölkə ərazisində hava şəraiti dəyişib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Axşam saatlarında qısamüddətli arabir güclənən şimal-qərb küləyi gecəyə doğru 7-12 m/s-dək zəifləyib.
 

Şahdağın 3500 metrdən yüksək dağlıq ərazilərinə qar yağıb.


Düşən yağıntının miqdarı Qəbələdə 15 mm, Qaxda 7 mm, Şəki, Xaltan, Beyləqanda 4 mm, Şahbuz, Tərtər, Zaqatala, Şahdağ, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Ceyrançöl, Ağdam, İsmayıllı, Balakən, Oğuz, Qusar, Xınalıq, Qrız, Göyçay, Bərdə, Yevlax, İmişli, Kürdəmirdə 3 mm-dək olub.

Şəmkir, Qrız, Sabirabad, Neftçalada duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, Naxçıvan MR-da 31, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO