
- A-
- A
- A+
Sumqayıtda restoranda yanğın: 1 nəfər zəhərləndi - YENİLƏNİB
Sumqayıt şəhərində ümumi sahəsi 1000 m² olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və damına çəkilən şüşə pambıq üzlük 70 m² sahədə yanıb.
Bizim.Media xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib.
Qeyd olunub ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 12:28
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, 17-ci mikrorayon ərazisində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
*** 12:04
Sumqayıtda restoran yanır.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda yerləşən “Baharlı" restoranında qeydə alınıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































