Lənkəranda toya gedən qonaqlar qəzaya düşdü

Lənkəranda toya gedən qonaqlar qəzaya düşdü

Hazırda oxunan: Lənkəranda toya gedən qonaqlar qəzaya düşdü
212542
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gecə saatlarında Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran rayonunun Girdəni kəndi ərazisində  hərəkətdə olan iki "Mercedes" markalı minik avtomobilləri toqquşub. 

Bizim.Media xəbər verir ki, hadisə zamanı nəqliyyat vasitələri su kanalına aşıb. 

Nəticədə  dörd nəfər 1948-ci il təvəllüdlü Nəsibə Mənşur qızı Ağayeva, 1982-ci il təvəllüdlü Xəyalə Fərzulla qızı Ramizli, 1957-ci il təvəllüdlü Arifə Mənşur qızı Fərzullayeva və 2006-cı il təvəllüdlü Həsən Fərid oğlu Fərzullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə aparılıblar. Qəzada yaralananlar  toy mərasiminə gedirmişlər.

Faktla bağlı araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO