Qubada 26 yaşlı oğlanın qətlində təqdirləndirilən şəxsə HÖKM OXUNDU

Qubada 26 yaşlı oğlanın qətlində təqdirləndirilən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Qubada 26 yaşlı oğlanın qətlində təqdirləndirilən şəxsə HÖKM OXUNDU
209952
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubada 26 yaşlı gəncin qətlində təqdirləndirilən Murad Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.

Hökmə əsasən, Murad Abbasov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Quba Rayon Prokurorluğunun məlumatına görə, ötən il iyunun 2-si saat 1 radələrində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanovun Quba Rayon Mərkəzi Xəstəxanası PHŞ-də ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 

İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 1996-cı il təvəllüdlü Abbasov Murad Rza oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO