Naxçıvanda sahələrdə yanğınlar olub - FOTO

Naxçıvanda sahələrdə yanğınlar olub - FOTO

Hazırda oxunan: Naxçıvanda sahələrdə yanğınlar olub - FOTO
209028
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonunun Sərxanlı, Şahbuz rayonunun Şada kəndlərində biçilmiş taxıl sahələrində, Babək rayonunun Kərimbəli kəndində və Sədərək rayonunda quru otlaq sahələri, Babək rayonunun Qoşadizə məhəlləsində isə həyətyanı sahədə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şərur, Şahbuz, Babək və Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın hadisələri nəticəsində Babək rayon Kərimbəyli kəndində 175 m² sahə, Sədərək rayon Sədərək kəndində 500 m² sahə yanıb, 500 m² sahə yanğından mühafizə edilib. Şərur rayon Sərxanlı kəndində 2000 m² biçilmiş taxıl sahəsi yanıb, 8000 m² sahə yanğından mühafizə edilib. Babək rayon Kərimbəyli kənd isə 200 m² sahə yanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO