Mehman Veysəlov sədr TƏYİN OLUNDU

Mehman Veysəlov sədr TƏYİN OLUNDU

Hazırda oxunan: Mehman Veysəlov sədr TƏYİN OLUNDU
206916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Mehman Veysəlov “Aqroservis” ASC-nin yeni sədri təyin edilib. 

Qeyd edək ki, Mehman Veysəlov Azərbaycan İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oxford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. 
 

Qlobalnüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalıq Hesabatlılıq üzrə Diplomunu əldə edib. 


M.Veysəlov buyndan əvvəl “Intellekt” MMC-də İcraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb. 

2019-2024-cü illərdə isə “Modern” Şirkətlər Qrupunda Baş icraçı direktor vəzifəsini icra edib. 20 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsinə malikdir. 

İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO