Naxçıvanda ot bağlamalarında baş verən yanğınlar söndürüldü - FOTO

Naxçıvanda ot bağlamalarında baş verən yanğınlar söndürüldü - FOTO

Hazırda oxunan: Naxçıvanda ot bağlamalarında baş verən yanğınlar söndürüldü - FOTO
206503
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayonu Maxta kəndində ot bağlamalarında, Sədərək rayonu Dəmirçi kəndində "CAT-330" markalı ekskavatorda yanğınların baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub. 
 

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınların genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.


Hadisə nəticəsində 6300 kiloqram ot bağlaması yanıb. 7200 kiloqram ot bağlaması, sahənin qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO