“Heç bir restoranda hesab ödəmirəm” - “Oliqarx Baku”dakı davanın TƏFƏRRÜATI

“Heç bir restoranda hesab ödəmirəm” - “Oliqarx Baku”dakı davanın TƏFƏRRÜATI

Hazırda oxunan: “Heç bir restoranda hesab ödəmirəm” - “Oliqarx Baku”dakı davanın TƏFƏRRÜATI
203469
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Nərimanov rayonunda yerləşən “Oliqarx Baku” restoranında baş verən davaya görə məhkəmə prosesi başa çatıb.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin hökmünə əsasən, restoranın Vüsal adlı icarədarını döyən Həsən adlı müştərinin azadlığı 7 ay müddətinə məhdudlaşdırılıb/

Hadisə isə bu ilin fevralında baş verib.

Məhkəmədə verilən ifadələrdən məlum olub ki, səhər saatlarına doğru müştərinin masasına hesab göndərilib. Müştəri isə indiyədək əyləşdiyi restoranların heç birində hesab ödəmədiyini bildirib. Bundan sonra mübahisə yaranıb. Daha sonra Həsən restoranın dəhlizində “Oliqarx Baku”nun icarədarına zərbələr endirib.
Zərərçəkmiş şəxs məhkəməyə videokonfrans vasitəsilə qoşularaq ona ziyan vurmuş müştəridən şikayətçi olmadığını bildirib.

Qeyd edək ki, “Oliqarx Baku” həm də gecə klubu kimi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO