Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir - VİDEO 

Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir - VİDEO 

Hazırda oxunan: Evləri külə dönən ailə 16 gündür çöldə gecələyir - VİDEO 
202910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Evləri yanan ana və oğlu 16 gündür ki, çöldə qalır.

Bizim.Media Xezerxeber.az-a istinadən xeber verir ki, söhbət paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Natiq Həşimi küçəsindən gedir. Elza Balabəyovanın evi yandığından iki həftədən çoxdur ki, övladı ilə birgə skamyada gecələyir.

Ailə işıq pulunu ödəyə bilmədiyindən mənzilin elektrik enerjisi ilə təchizatı da yanğından bir neçə gün əvvəl dayandırılıb.

E.Balabəyova rəsmi qurumlara evinin təmir olunması üçün müraciət edib. Ancaq ona bildirilib ki, bunun üçün gərək büdcədən vəsait ayrılsın.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəfələrlə ana və uşağa qalmaq üçün sığınacaq təklif olunub. Ancaq onlar bundan imtina ediblər.

Qeyd edək ki, iyulun 5-də baş verən yanğına ağcaqanad dərmanının yandırılması səbəb olmuşdu.

Ətraflı süjetdə:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO