
- A-
- A
- A+
Cəmiyyət
19:25 / 10.07.2024
1 dəq oxunma
Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO
Hazırda oxunan: Kürdəmirdə avtomobil su kanalına düşdü - FOTO
201427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bakı-Qazax əsas magistral yolunda, Kürdəmir rayonunun Karrlar kəndi ərazisində ağır qəza baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, belə ki, “Mercedes” markalı mikroavtobusun sürücüsü Gəncə sakini 1988-ci il təvəllüdlü Abdullayev Ceyhun Canpolad oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.
Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.
Qəza zamanı sürücü və onun sərnişini 2005-ci il təvəllüdlü Əhədov Yusif Ramil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarəti alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda fakt araşdırılır.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.






































































































