Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək - SİYAHI

Hazırda oxunan: Elnur Məmmədov XİN-də bu idarələrə nəzarət edəcək - SİYAHI

20091

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin olunub.

Bizim.Media xəbər verir ki, yeni müavin təyinatından sonra XİN-in strukturunda bir sıra dəyişikliklər edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramova yeni müavin təyin edildi - FOTO


Dəyişikliklərlə yeni müavinin nəzarət edəcəyi idarələr müəyyənləşdirilib. 

Amerika idarəsi, Asiya İdarəsi, UNESCO üzrə Azərbaycan Respublikasının Daimi Katibliyi, Ümumi Katiblik, Linqvistik təminat idarəsi, Arxiv İdarəsi, İşlər İdarəsi, Xüsusi şöbə bundan sonra E.Məmmədovun nəzarətində olacaq.

Qeyd edək ki, E.Məmmədov sözügedən təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin