FAKTİKİ HAVA: Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb

FAKTİKİ HAVA: Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb
199730
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunun 30-u saat 09:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Gədəbəydə 13 mm, Naxçıvan, Daşkəsən, Lerik, Göygöl, Şahbuz, Qax, Şəmkir, Gəncə, Yardımlı, Şəki, Balakəndə 4 mm-dək olub.

Sinoptiklərin iyunun 29-na verdiyi narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti Naftalanda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Göytəpədə 18 m/s olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.

İyulun 01-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şumşək çaxacağı, dolu düşəçəyi ehtimalı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO