İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ

İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ

Hazırda oxunan: İyulun əvvəlində MİQ imtahanları keçiriləcək - RƏSMİ
198485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu və emalı artıq bir neçə günə başa çatacaq.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O vurğulayıb ki, növbəti həftə ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola biləcəklər:

"İyul ayının ilk yarısında imtahanların keçirilməsi nəzərdə tutulur".

Şöbə müdiri vakant yerlərlə bağlı məsələyə də toxunub:

"Təkrar sertifikatlaşmadan sonra işdən azad edilən müəllimlər olub. Eyni zamanda yeni tədris ilindən yeni fəaliyyətə başlayacaq məktəblər və siniflərlə bağlı hazırda tədqiqat aparılır. Müvafiq proqram təminatına artıq vakant yerlərin daxil edilməsi prosesi başlayıb. Test mərhələsi başa çatanda vakant yerlər müəllimlərə təqdim olunacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO