Ağcabədidə 7 yaşlı uşağın ölümü ilə bağlı DETALLAR - Dayı əməlini etiraf etdi

Ağcabədidə 7 yaşlı uşağın ölümü ilə bağlı DETALLAR - Dayı əməlini etiraf etdi

Hazırda oxunan: Ağcabədidə 7 yaşlı uşağın ölümü ilə bağlı DETALLAR - Dayı əməlini etiraf etdi
197008
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədidə azyaşlının ölümü ilə bağlı bir sıra detallar üzə çıxıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, ölən azyaşlının ana tərəfi Beyləqan, ata tərəfi isə Füzuli rayonundandır. 

Onlar Ağcabədinin Pərioğullar kəndinə fermada işləmək üçün gəliblər.

Məlumata əsasən, yeddi yaşlı oğlan epilepsiyalı olub. Naməlum səbəbdən dayı bacısı oğluna əsəbiləşib və əlindəki ağacla başına zərbə endirib. Zərbənin təsirindən uşaq özündən gedib. Dayısı deyib ki, uşaq huşunu itirdiyi üçün onu yaxınlıqdakı ağacın altına aparıb. Düşünüb ki, sərinliyə aparsa, uşaq özünə gələcək.

O, əvvəlcə hadisədə bacısını da ittiham edib. Bildirib ki, bacısı da epilepsiyalı uşağının başına dəfələrlə vurub. Ancaq sonda dayı əməlini etiraf edib və uşağı özünün vurub öldürdüyünü boynuna alıb.

Xatırladaq ki, Ağcabədi rayonunun Pərioğullar kəndində fermada çoban işləyən kişi yeddi yaşlı bacısı oğlunun başına ağacla zərbələr vurub.

Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO