Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO

Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO

Hazırda oxunan: Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO
197001
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumata aydınlıq gətirib.

Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-ya bildiriblər ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

Vətəndaşların Yasamal Rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 yeni ağacın əkilməsi istiqamətində işlər görülür.
Ətrafdakı digər ağacların quru budaqları da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcək.

Məsələnin araşdırılması ilə bağlı Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.

Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO - foto 1
Yasamalda kəsilən ağacların yerində yeniləri əkiləcək - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO