Birinci Qarabağ müharibəsi şəhidi Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib - FOTO/VİDEO 

Birinci Qarabağ müharibəsi şəhidi Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib - FOTO/VİDEO 

Hazırda oxunan: Birinci Qarabağ müharibəsi şəhidi Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib - FOTO/VİDEO 

193729

Birinci Qarabağ müharibəsində - 1994-cü ildə Kəlbəcərdə itkin düşmüş Rza Qəzənfər oğlu Əmrullayevin cənazəsi də 30 ildən sonra doğma rayonuna gətirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ailə üzvləri, yaxınları ilə vida mərasimindən sonra şəhid Rza Əmrullayev Şabran Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin xatirəsinə 3 dəfə yaylım atəşi açılıb. Rza Əmrullayevin bacısı Ədilə Xalıqova Bizim.Media-ya müsahibəsində qardaşının 32 yaşında könüllü olaraq cəbhəyə yollandığını deyib.

Rza Əmrullayevin həyat yoldaşı Nəzakət Əmrullayeva onun 3 qızını böyüdüb boya - başa çatdırdığını bildirərək, şəhidin qalıqlarının tapılmasında zəhməti olan dövlət orqanı nümayəndələrinə təşəkkürlərini bildirib.
Şəhidin cənazəsinə bükülmüş Azərbaycan bayrağı bacısına təqdim edilib.
 







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO