Naxçıvanda yeniyetmə qəza törətdi: Xəsarət alanlar var – FOTO 

Naxçıvanda yeniyetmə qəza törətdi: Xəsarət alanlar var – FOTO 

Hazırda oxunan: Naxçıvanda yeniyetmə qəza törətdi: Xəsarət alanlar var – FOTO 

193498

Naxçıvan ağır yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb. 

Bizim.Media xəbər verir ki, hadisə Şahbuz rayonunun Külüs kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində Şahbuz rayon Külüs kənd sakinləri, 2007-ci il təvəllüdlü Cəfərli Vurğun Elgün oğlu, 2008-ci il təvəllüdlü Vəliyev Yaqub Xəyal oğlu, Quliyev Sinan Məzahir oğlu və 2011-ci il təvəllüdlü Məmmədov Barat Qənimət oğlu xəsarət alıb.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır. 

İlkin məlumata görə, uşaqlardan biri maşını valideynlərindən icazəsiz götürərək qəza törədib. 

Faktla bağlı araşdırma aparılır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO