Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO

Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO

Hazırda oxunan: Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO
192018
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Axşamdan yağmağa başlayan güclü leysan yağışları Kürdəmirdə yenə fəsadlara yol açıb. Rayonun bir neçə küçə prospektləri leysan yağışlarının normadan artıq yağması nəticəsində gediş-gəliş tamamilə bağlanıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Kürdəmirdə normadan artıq yağan yağış sakinlərə çətin anlar yaşadıb.

Səhəri sular içində açan şəhər sakinləri evlərindən çıxmağa çətinlik çəkiblər. Sakinlərin bəziləri öz maşınları, bəziləri iri çəkmələri ilə  çıxmağa çalışıblar.

Bu vəziyyət rayonun əsasən Heydər Əliyev və Bakı prospektlərində, eləcə də Şəhriyar, Xanlar Səfərəliyev küçələri və şəhərin bir neçə küçələrdə özünü daha çox büruzə verib.

Yağış suları rayonda fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, sakinlərə məxsus təsərrüfatlara xeyli ziyan vurub.
Hazırda şəhərin bütün küçələrində yığılıb qalmış sel sularının çəkilməsi üçün aidiyyatı qurumların əməkdaşları səfərbər olunublar və lazımi zəruri işlər həyata keçirirlər.

Yaranmış çətinliklə bağlı Kürdəmir rayon 2 saylı su-kanal idarəsinin sahə rəisi Arzu Şahbazov Bizim Media-nın yerli bürosuna bildirib ki, yaranmış vəziyyətlə bağlı idarənin bütün texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçrilir.
 



Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO - foto 1
Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO - foto 2
Leysan yağışları Kürdəmirdə yaşayış evlərinə, həyətyanı sahələrə ziyan vurdu - FOTO/VİDEO - foto 3

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO