Bu müəssisələrdə çalışan məcburi köçkünlərlə bağlı qərar dəyişdi

Bu müəssisələrdə çalışan məcburi köçkünlərlə bağlı qərar dəyişdi

Hazırda oxunan: Bu müəssisələrdə çalışan məcburi köçkünlərlə bağlı qərar dəyişdi
19174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nazirlər Kabineti əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında müvafiq normativ aktlarında dəyişikliklər edib.

Bizim.Media xəbər verir ki bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Məcburi köçkünlərin neçə faizi Qarabağa qayıtmaq istəyir? - Onlayn sorğu


Sənəddə təsbit olunub ki, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 159-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” qərarına əsasən, aidiyyəti orqanlarla razılaşdırmaqla Nazirlər Kabinetinin müvafiq Qərarında 1 nömrəli əlavə - “Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1500 metrdən 2000 metrədək və 2000 metrdən artıq yüksəklikdə yerləşən yaşayış məntəqələrinin Siyahısı”nın “Qeyd” hissəsi ləğv edilib.

Ləğv edilən Qeyddə bu müddəalar öz əksini tapmışdı:

“Əraziləri işğal olunmuş rayonların büdcədən maliyyələşdirilən müəssisələrində və təşkilatlarında çalışan məcburi köçkünlərin əməkhaqlarına yüksəkliyə görə tətbiq edilən artımın (əmsalın) minimum miqdarı həmin müəssisələrin və təşkilatların yerləşdiyi ərazilərdən asılı olmayaraq saxlanılır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO