Lənkəranda 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO  

Lənkəranda 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO  

Hazırda oxunan: Lənkəranda 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO  
191081
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşən və 2024-cü ildə şəxsiyyətləri müəyyən olunmuş 73 şəhidimizdən biri Lerikdən, 2-si Lənkərandandır. 

Bizim.Media xəbər verir ki, Lerikdən olan şəhid Cəfərov Müşviq İlyas oğlunun nəşi də bu gün doğulduğu Monidgah kəndinə gətiriləcək. O, da Fizuli istiqamətində itkin düşmüşdü. Hər 3 şəhidimizin dəfninə hazırlıqlar tamamlanıb. 

Lənkəranın Şağlaser kəndindən olan şəhid İbad Musarza oğlu Musayev və həmin rayonun Kərgəlan kəndindən olan Habil Oruc oğlu İsmayılovun nəşi Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbər” məzarlığında aşkarlanıb. 

Habil İsmayılov 26 may 1974-cü ildə Lənkəran rayonunun Kərgəlan kəndində anadan olub. 1994-cü ildə Xocavənd rayonunun Şişqaya yüksəkliyi istiqamətində itkin düşüb. İbad Musayev 8 mart 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olub, 26 yanvar 1994-cü ildə Füzuli rayonunun Əbdürrəhmanlı kəndi istiqamətində itkin düşüb. 

Habil İsmayılovla vida mərasimindən fotonu təqdim edirik:

Lənkəranda 30 ildən sonra kimliyi müəyyən edilən şəhidlə vida mərasimi keçirilir – FOTO   - foto 1




Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO