
- A-
- A
- A+
Cəmiyyət
23:08 / 05.05.2024
1 dəq oxunma
Kürdəmirdə yağan güclü yağış həyatı iflic etdi - VİDEO
Hazırda oxunan: Kürdəmirdə yağan güclü yağış həyatı iflic etdi - VİDEO
190602
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları rayonun bir neçə küçə və prospektlərində gediş-gəlişi tamamilə məhdudlaşdırıb.
Bu vəziyyət rayonun Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verir.
Adı çəkilən küçələrdə vəziyyət daha da ağırdır.
Belə ki, yağış suları istər avtomobillərin, istərsə də piyadaların gediş-gəlişini tamamilə məhdudlaşdırıb.
Hazırda aidiyyatı qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.
Bizim.Media, Aran bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































