Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO

Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO

Hazırda oxunan: Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
190317
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, “Mixaylo” ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, oğlunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamov tərəfindən yersiz replika atıldığı iddia edilib.

Belə ki, paylaşımlarda İ.Qulamovun Ş.Şıxəliyevanın yaxasında şəhid oğlu Mehtinin şəklini görərək “Oğlunuzun şəklini niyə yaxanıza asmısınız?! Ruhuna ağır gedər, adından istifadə etməyin!” dediyi bildirilib.

Daha sonra hətta həkimin mübahisəni davam etdirərək müayinədən imtina etdiyi də qeyd edilib.

Məlumata görə, Şəlalə Şıxəliyeva və oğlu Bakıya müayinə üçün Şirvan şəhərindən gəliblərmiş. Başqa klinikada ailəyə lazım olan cihaz olmadığı üçün Şirvana geri qayıtmağa məcbur olublar.

Bu gün həkim-nevroloq İbrahim Qulamov video paylaşaraq baş verən hadisənin əslində anlaşılmazlıq səbəbindən yaşandığını deyib. O, ifadələrinə görə şəhidin anasından üzr istəyib.
Qeyd edək ki, XTQ giziri olan Mehti Şıxəliyev 2020-ci ilin 7 noyabrında Şuşa döyüşləri zamanı qəhrəmancasına həlak olub. O, ölümündən sonra çoxsaylı medallarla, eləcə də "Qarabağ" ordeni ilə təltif edilib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO