Müəllimlərin nəzərinə: Vakansiya seçiminin nəticələri AÇIQLANDI

Müəllimlərin nəzərinə: Vakansiya seçiminin nəticələri AÇIQLANDI

Hazırda oxunan: Müəllimlərin nəzərinə: Vakansiya seçiminin nəticələri AÇIQLANDI

190041

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin (23-29 aprel) vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. 

Bizim.Media xəbər verir ki, nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Müəllimlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçiminin nəticələri ilə tanış ola bilərlər.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla 1348 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. 
Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. 

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat namizədlərin şəxsi səhifələrinə göndəriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO