Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

Hazırda oxunan: Anar Məmmədli barəsində həbs qətimkan tədbiri seçilib

189788

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib.

Məhkəmənin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli ötən gün saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO