İtkin şəhidin qardaşı oğlu:

İtkin şəhidin qardaşı oğlu: "Gözümüz yollardan yığılar" - FOTO

Hazırda oxunan: İtkin şəhidin qardaşı oğlu: "Gözümüz yollardan yığılar" - FOTO

189760

Bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının açıqladığı 73 itkinin  biri də Xaçmazın Sibiroba kənd sakini Gülalı Məhəmməd oğlu Dadaşovdur.

Bizim.Media xəbər verir ki, itkin şəhidin qardaşı oğlu Səbuhi Dadaşov əmisi Gülalının 1994-cü ilin  yanvar ayında Füzuli rayonunun Abdurəhmanlı kəndində itkin düşdüyünü deyib.

Onun sözlərinə görə, bütün ailə 30 il idi ki, əmisindən xəbər gözləyirdi:

"Hazırda Bakıda yaşayan nənəm Səbirə, bibilərim Könül və Kəmalə   bu xəbəri sevinclə qarşılayıb. Gözümüz yollardan yığılar".

Şəhid Gülalı Dadaşovun qalıqlarının gətiriləcəyi və  dəfn ediləcəyi tarix hələ məlum deyil.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO