Göygöldə restoran yandı

Göygöldə restoran yandı

Hazırda oxunan: Göygöldə restoran yandı

189521

Göygöldə restoranlardan birində yanğın hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlunatına görə, hadisə rayonun Topalhəsənli kəndində baş verib. 

Belə ki, kənd ərazisində fəaliyyət göstərən "Qoşa Çinar" ailəvi istirahət mərkəzində anidən yanğın olub. 
Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı  ümumi sahəsi 110 m² olan, restoran kimi fəaliyyət göstərən birmərtəbəli obyektin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO