Sabah 31 dərəcə isti OLACAQ 

Sabah 31 dərəcə isti OLACAQ 

Hazırda oxunan: Sabah 31 dərəcə isti OLACAQ 

189249

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata istinadən xəbər verirr ki, havanın temperaturu gecə 14-18° isti, gündüz 26-31° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 27-32° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO