Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb

Hazırda oxunan: Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb

188982

Xocalı rayonunun Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birgə məlumat yayıb.

"Xəbər verildiyi kimi, işğaldan azad edilmiş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində (1988-ci ildə yeni salınmış “Məhəllə” adlanan ərazi) aprel ayının 24-də aparılan bərpa-quruculuq və abadlıq işləri zamanı insan qalıqlarının aşkar olunması faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar davam etdirilir.

(//genprosecutor.gov.az/az/post/7563)

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində daha 2 nəfərə aid sümük fraqmentləri tapılmış və bununla da, aşkar olunan insan qalıqlarının ən azı 8 nəfər şəxsə (biri azyaşlı olmaqla) məxsus olması müəyyən edilib", məlumatda deyilir.
Faktla bağlı toplanmış material üzrə zərərçəkmiş şəxslərin şəxsiyyətinin, həmçinin əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilməklə zəruri prosessual hərəkətlər icra edilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO