İDDİA: Nəsib Quliyev qadına görə intihar edib?

Hazırda oxunan: İDDİA: Nəsib Quliyev qadına görə intihar edib?

188901

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub.

Bizim.Media axar.az-a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib.

İddiaya görə, N.Quliyev intiharının səbəbi kimi hazırda məşhur klinikalardan birində işləyən xanımı (ad-soyadını istintaq getdiyi üçün açıqlamırıq - red.) göstərib. Onun xanımla bağlı hansı məsələyə görə intihar etdiyi isə açıqlanmır.

Xatırladaq ki, N.Quliyevin ailə üzvləri ilə münasibətləri soyuq olub. 73 yaşlı pediator Abşeron rayonu, Görədil qəsəbəsindəki bağ evində tək yaşayırmış. Onun uzun illərdir Ukraynada yaşayan oğlu ilə də heç bir əlaqəsi olmadığı bildirilir.
Qeyd edək ki, Nəsib Quliyevin aprelin 24-də yaşadığı evdə intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO