İmişlidə idarəetmədən çıxan avtomobil marketə çırpılıb - VİDEO 

Hazırda oxunan: İmişlidə idarəetmədən çıxan avtomobil marketə çırpılıb - VİDEO 

188660

İmişlidə yol nəqliyyat hadisəsi baş verib, idarəetmədən çıxan minik avtomobili marketə çırpılıb.  

Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında İmişli şəhəri Koroğlu küçəsində qeydə alınıb. 

İdarəetmədən çıxan "Mercedes" markalı minik maşını marketə çırpılıb. Hadisədən bir neçə saniyə öncə market qarşısından keçən yeniyetmə son anda qəzadan xilas olub. 

Qəza zamanı xəsarət alan olmasa da marketin giriş hissəsi dağılıb və nəqliyyat vasitəsi zədələnib. 

Qəzanın baş verməsi anbaan təhlükəsizlik kamerasına düşüb.  

Görüntüləri təqdim edirik: 
 


 
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO