Qax rayonunda İran vətəndaşına məxsus TIR yandı - FOTO

Hazırda oxunan: Qax rayonunda İran vətəndaşına məxsus TIR yandı - FOTO

188354

İran vətəndaşına məxsus TIR-da yanğın baş verib.  Qax rayonu ərazisində Gürgüstandan ölkəmizə gələrək tranzit keçid edən yük avtomobilində baş verən yanğının səbəbləri araşdırılır.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi Zaqatala - Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Gürgüstandan ölkəmizə daxil olan və İran istiqamətində hərəkət edən, armatur dolu TIR anıdən alışıb. 

Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı Gürcüstan qeydiyyat nişanlı yük avtomobilinin kabini tamamilə, qoşqunun isə bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 
Araşdırmalarla məlum olub ki, TIR  İran vətəndaşı Omara Ghaderbakhsh Nazarmohammad oğluna məxsusdur və Gürgüstandan tikinti materialları daşıyır. 

İlkin araşdırmalarla yanğına avtomobilin yanacaq çənində nasazlıq səbəb olub. Faktla bağlı araşdırma aparılır. 












Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO