Bu bazar istirahətini bölgələrdə keçirənlər üçün - FOTO/VİDEO

Hazırda oxunan: Bu bazar istirahətini bölgələrdə keçirənlər üçün - FOTO/VİDEO

188188

Ölkəmizdə artıq yazın qoxusu duyulur, təbiətin gözəllikləri aşkarlanır. 

Bizim.Media-nın yerli bürosu Şəki-Zaqatala iqtisadi rayonlarına daxil olan istirahət və təbiət abidələrini, Qoruq və Milli Parklarını yerli və xarici turistlərə tanıtmaqda, onların gözəlliyini vəsf etməkdə davam edir. 

Adətən vətəndaşlarımız xarici ölkələrə səyahət edərkən oradan təbiət mənzərələrini çəkib nəinki paylaşır, hətta onun min bir vasitə ilə təbliğinə səy göstərir. 

Uca yaradana şükürlər olsun ki, Azərbaycan təbiəti, flor və faunası, mineral bulaqları heç də geri qalmır, əksinə göz oxşayır. 

Şənbə-bazar Şəki-Zaqatala bölgəsinə səfər edənlər bu bölgənin tarixi abidələri ilə yanaşı həm də təbiətin gözəlliyini müşahidə edə və ruh dincliyi tapa bilər. 

Məsələn, Şahdağ Milli Parkının Oğuz bölməsi bu sırada baş çəkiləsi ən maraqlı məkanlardan biri sayılır. 

Milli Parkın əməkdaşı Niyazi Kərimovun səhər-səhər ərazidən göndərdiyi rəsmləri, videoları izlədikcə insanda xoş əhval-ruhiyyə, ruh sakitliyi yaradır. 

 


 






Tural Rasim oğlu. Bizim.Media, Şimal-Qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO