Narkotikin təsir altında maşın idarə edən sürücü SAXLANILDI 

Hazırda oxunan: Narkotikin təsir altında maşın idarə edən sürücü SAXLANILDI 

187919

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb. 

Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil idarənin əməkdaşları tərəfindən Lökbatan dairəsi yaxınlığında saxlanılıb. 

Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. 

Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkarlandığından barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO