Nazir: “Şagirdlər arasında bulinq və intihar halları olur”

Nazir: “Şagirdlər arasında bulinq və intihar halları olur”

Hazırda oxunan: Nazir: “Şagirdlər arasında bulinq və intihar halları olur”
187796
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, məktəblərdə daha ciddi fəsadların qarşısı məhz "Məktəblinin dostu" layihəsi əsasında alınıb: 

"4000-dən çox məktəbdə 1 milyondan çox təhsilalan, çox sayda təhsilverən və valideynin olmasını nəzərə alsaq nəzəri baxımdan fövqəladə və bədbəxt hadisələr baş verə bilər. Bir çox hallarda formalaşmış məktəb mədəniyyəti var. Ona görə də məsələni məktəbdaxili həll etmək düzgün olar".

E.Əmrullayev bildirib ki, neqativ hadisələri ört-basdır etməkdənsə, həll yolu istiqamətində düzgün müzakirə aparılmalıdır: "Kimisə günahlandırmaqla məsələni həll etmək mümkün deyil, bu, hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər".

O söyləyib ki, ailədaxili münaqişə və mühit məktəb daxilində öz təsirini göstərmiş olur: 

"Məsuliyyətin bölüşdürülməsi və birgə işin tərəfdarıyam. Məktəblərdə video müşahidələr də aparılır və görüntülər 30-40 gün saxlanılır. Bu, bəzi problemli məsələlərin həllində əhəmiyyətli rol oynayır. Bəzən heç də daxil olan məlumatlar dürüst olmur".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO