İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var - FOTO

Hazırda oxunan: İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var - FOTO

187693

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. 

Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.
Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO