Gəncədə ev yandı – ÖLƏN VAR – FOTO 

Hazırda oxunan: Gəncədə ev yandı – ÖLƏN VAR – FOTO 

186970

Gəncədə ölümlə nəticələnən  yanğın hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Bursa küçəsi 76 ünvanında qəfil alov başlayıb. 

Hadisə yerinə FHN-nin yanğınsöndürmə qüvvələri və canlı qüvvəsi cəlb olunub. İlkin məlumata görə 190 kv.metr olan yaşayış evinin 1-ci mərtəbəsində ev əşyaları yanıb.
Axtarışlar zamanı evdən 1966-ci il təvəllüdlü Kamil Nəbi oğlu Quliyevin meyiti tapılıb. Əraziyə polis və təcili tibbi yardım briqadası cəlb olunub.

Qonşuların verdiyi məlumata görə, mərhum evdə tək yaşayırmış və son günlər səhhəti ilə bağlı problemləri var imiş.

Faktla bağlı araşdırma aparılır.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO