Külək nə vaxtadək davam EDƏCƏK?

Külək nə vaxtadək davam EDƏCƏK?

Hazırda oxunan: Külək nə vaxtadək davam EDƏCƏK?

186828

Hazırda Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, külək axşama doğru zəifləyəcək: 

"Aprelin 13-ü və 14-də paytaxtda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub-küləyi əsəcək. Havanın maksimal temperaturu 15-20 dərəcə isti olacaq. Bölgələrdə də aprelin 13-də yağmursuz hava şəraiti proqnozlaşdırılır. Lakin hava şəraiti ayın 13-ü gündüz bəzi dağlıq ərazilərdə, 14-ü gündüz dağlıq ərazidən başlayaraq, 15-i axşamadək isə bəzi yerlərdə arabir yağıntılı olacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir".
G.Məmmədova qeyd edib ki, havanın maksimal temperaturu Aran rayonlarında 20-25, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO