FAKTİKİ HAVA: Dağlıq ərazilərdə qar yağıb

FAKTİKİ HAVA: Dağlıq ərazilərdə qar yağıb

Hazırda oxunan: FAKTİKİ HAVA: Dağlıq ərazilərdə qar yağıb
186052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, milli Hidrometeorologiya Xidmətinin aprelin 7-si saat 10:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı Şəkidə 25 mm, Oğuzda 23 mm, Gədəbəydə 16 mm, Gəncədə 10 mm, Qəbələ, Qrız, Şəmkir, Daşkəsən, Şahdağ, Göygöl, Ağdam, Zaqatala, Balakən, Lerik, Quba, Qax, Naxçıvan, Ordubad, Naftalan, Qusar, Xaltan, Tərtər, Yevlaxda 8 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu İqlim normasından 4 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 18 dərəcəyədək, Naxçıvan MR-da 20-23 dərəcə, Aran rayonlarında 22 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO